AZ

Tarixi bina SATILDI - Qiymət hər kəsi təəccübləndirdi - 28 MANAT

Belarusun Qlubokoye şəhərində Napoleonun bir müddət qaldığı keçmiş Karmelit monastır kompleksinin binası satılıb.

 

Bu barədə "RİA Novosti" Belarus Universal Əmtəə Birjasının “BUTB-Əmlak” elektron ticarət platformasına istinadən məlumat yayıb.

 

Tarixi-mədəni dəyərə malik bina simvolik qiymətə, 47,25 Belarus rubluna (təxminən 28,38 manat) satılıb.

 

Lotun dəyərindən əlavə, binanı alan yeganə iddiaçı hərrac qaydalarına əsasən məbləğin 5 faizini də ödəyib. Yeni sahib bir ay ərzində mühafizə öhdəliklərini imzalamalı, satınalmadan sonra bir il ərzində isə təmir və bərpa işləri aparmaq üçün Mədəniyyət Nazirliyindən müvafiq icazə almalıdır.

 

Bizim.media

Tarix: 25 Yanvar 2026, 13:12   
Seçilən
147
12
pravda.az

10Mənbələr