AZ

Zelenski-Putin görüşü ilə bağlı ABŞ-dən AÇIQLAMA – Tezliklə…

Vaşinqton administrasiyası Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır.

Musavat.com xəbər verir ki, məlumatı “Axios” portalı Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən yayıb.

“Putin və Zelenski arasında görüşə çox yaxınıq”, – deyə “Axios” mənbəsi bildirib və əlavə edib ki, əvvəlcədən əlavə üçtərəfli danışıqlar təşkil olunmalıdır: “Düşünürik ki, bundan uzaq deyilik. Əgər hazırkı kursumuzu davam etdirsək, məqsədimizə çatacağıq”.

Portala görə, ABŞ administrasiyası Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli danışıqların “Vaşinqtonun təsəvvür edə biləcəyi qədər yaxşı” keçdiyinə inanır.

“Hazırkı vəziyyətdən məmnunuq”, – deyə “Axios” ABŞ rəsmisindən sitat gətirib.

Seçilən
9
2
editor.az

5Mənbələr