AZ

Xanəndələr illər ərzində dəyişib BELƏ OLDULAR - FOTOlar

Azərbaycan musiqi ictimaiyyətində tanınmış xanəndələrin illər ərzində keçirdiyi dəyişikliklər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, paylaşılan fotolarda sənətçilərin səhnə fəaliyyətinə yeni başladıqları dövrlə indiki görünüşləri müqayisə edilib. Görüntülər qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayıb. İzləyicilərin bir qismi bəzi xanəndələrin illər keçdikcə gözəlləşdiyini vurğulasa da, digərləri onların əvvəlki illərdə də indiki halını xatırladan cazibəyə malik olduqlarını qeyd edib.

Xüsusilə Səbinə Ərəbli, Sədəf Budaqova və Almaxanımın sənətə yeni başladığı dövrlərə aid fotolar diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri bu sənətçilərin fəaliyyətlərinə  yeni başladığı illərdə də gözəl və zərif görünüşləri ilə seçildiklərini bildiriblər.

Müzakirələrdən göründüyü kimi, tanınmış xanəndələrin zahiri dəyişimi izləyicilər tərəfindən maraqla qarşılanıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
35
1
milli.az

5Mənbələr