Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Rusiya Ukrayna əraziləri ilə bağlı məsələdə ABŞ-nin mövqeyi ilə razılaşmağa məcbur olub.
"Ölkə.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti Rusiya diplomatik mənbəsinə istinadla yazır.
Bildirilir ki, bu, Ukraynanın da iştirak etdiyi üçtərəfli məsləhətləşmələrin ilk gününün yekununda baş verib. Mənbənin sözlərinə əsasən, Rusiya tərəfi əvvəlcə ərazi güzəştləri ilə bağlı müəyyən öhdəliklər əldə etməyə ümid edib, lakin son nəticədə Amerika tərəfinin mövqeyini qəbul etməli olub.
“Biz əvvəlcə ərazi güzəştləri ilə bağlı hansısa öhdəlik almağa ümid edirdik. Amma nəticədə sadəcə amerikalılarla razılaşmalı olduq”, - deyə "The Times" nəşri adını açıqlamayan rusiyalı diplomatın sözlərini sitat gətirir.
Qeyd edək ki, yanvarın 24-də Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Ukrayna münaqişəsinin nizamlanması məsələlərinə dair üçtərəfli danışıqlarının ikinci raundu başa çatıb.