AZ

Yeni epidemiya yayıldı: Ölüm riski 70 faiz…

Son günlər Nipah virusu ilə bağlı beynəlxalq səhiyyə qurumları yenidən həyəcan təbili çalır.

KONKRET.az xəbər verir ki, 2025–2026-cı illərdə əsasən Hindistanın Qərbi Benqal və Banqladeş bölgələrində virusun yeni yoluxma halları qeydə alınıb. Yerli hakimiyyət orqanları onlarla şəxsi karantin altına alıb, təmasda olanlar ciddi nəzarətə götürülüb.

Səhiyyə mənbələrinin məlumatına görə, Nipah virusu əsasən meyvə yarasalarından insanlara keçir, daha sonra isə insandan insana təmas yolu ilə yayıla bilir. Xəstəlik yüksək hərarət, baş ağrısı, tənəffüs çətinliyi və ağır hallarda beyin iltihabı (ensefalit) ilə müşahidə olunur. Ölüm riski bəzi epidemiyalarda 40–70 faiz arasında qiymətləndirilir.

Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə yoxdur. Müalicə əsasən simptomatik aparılır. Beynəlxalq təşkilatlar və bir sıra ölkələr mümkün peyvənd üzərində klinik sınaqları davam etdirir.

Mütəxəssislər əhaliyə yarasalarla təmasdan çəkinməyi, yaxşı yuyulmamış və ya zədələnmiş meyvələri istehlak etməməyi, şübhəli simptomlar zamanı isə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

Seçilən
30
3
konkret.az

4Mənbələr