AZ

Liftdə təhlükəli hadisə: 6 sərnişinlə birlikdə qəfil eniş -VİDEO

Bakının Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında liftdə təhlükəli hadisə baş verib. İlkin məlumata görə, lift 6 sərnişinlə — onlardan 3-ü uşaq, 3-ü isə böyük olmaqla — 16-cı mərtəbədən 5-ci mərtəbəyə qədər qəfil enib.

NOCOMMENT.az xəbər verir ki, hadisə sakinlər arasında ciddi narahatlıq yaradıb. Xoşbəxtlikdən, ilkin məlumatlara əsasən, sərnişinlər arasında xəsarət alan olmayıb. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması gözlənilir.

Seçilən
32
nocomment.az

1Mənbələr