İrfan Can Kahveci, Cenk Tosun və Rodriqo Bekaonun ardından ''Fənərbaxça'' daha bir futbolçu ilə vidalaşıb.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi baş məşqçi Domeniko Tedeskonun razılığı ilə Bartuğ Elmazla yollarını ayırıb.
22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər ''Fatih Karagümrük''ə icarəyə verilib. Bartuğ bu mövsüm ''Fənər''də yalnız 8 rəsmi oyuna çıxaraq 244 dəqiqə meydanda olub. ''Qalatasaray''ın yetirməsi olan və 2023-dən ''Fənər''ə məxsus olan Bartuğ əvvəlki mövsümlərdə ''Sivasspor'' və ''Maribor''a icarəyə verilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta