AZ

Qrenlandiya sakini ABŞ-ın ilhaqına razıdır

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təklif, təhdid və ideyaları gündəmdən düşmür.

Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bir qrenlandiyalı jurnalistlərlə söhbətində maraqlı açıqlama verib. Evsiz olan həmin şəxs 1 milyon dolların müqavilində ABŞ vətəndaşlığını qəbul edəcəyini bildirib. Yəni, Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə razı olduğunu söyləyib.

"Mən evsizəm. Bu təklifi mütləq qəbul edərdim", - deyə 40 yaşlı şəxs ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı üçün mümkün kompensasiya ilə bağlı təklifinə, bu mövzuda yayılan xəbərlərə münasibət bildirib.

Ada sakini qeyd edib ki, onun üçün əsas məsələ evsizliyə son qoymaqdı və bu olduqca vacibdir. Onun amerikalı və ya qrenlandiyalı hesab olunmasının isə onun üçün heç bir fərqi yoxdur.

Müxbirlər həmçinin kişidən ingilis dilində niyə bu qədər yaxşı danışdığını soruşublar. O, cavab olaraq ingilis dilində deyil, amerika dilində danışdığını bildirib.

Seçilən
114
2
publika.az

10Mənbələr