AZ

Minneapolisdəki atışmadan sonra etirazçılar barrikadalar qurmağa başlayıblar

ABŞ İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) qarşı etiraz edən nümayişçilər Minneapolis küçələrində barrikadalar qururlar.

"Far.Az" xəbər verir ki, bu barədə NBC jurnalisti Mett Levits "X" sosial şəbəkəsində yazıb.

O, bunun Nikolet prospekti və 26-cı küçənin yaxınlığında baş verdiyini və hakimiyyət orqanlarının ərazini tərk etdiyini aydınlaşdırıb.

Qeyd edək ki, Minnesota, Daxili Təhlükəsizlik Departamentinin immiqrasiya nəzarətini sərtləşdirmək üçün əməliyyat başlatdığı dekabr ayından bəri ABŞ administrasiyasının diqqət mərkəzindədir.

Bu, yüzlərlə insanın həbsinə və hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalara səbəb olub. Ağır texnikanın daha əvvəl Minneapolisdə peyda olduğu bildirilib.

Seçilən
51
far.az

1Mənbələr