Fransanın Baş naziri Sebastyan Lekornu hökumətdə dəyişikliklər etmək niyyətindədir.
"Far.Az" xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti kabinetdəki mənbəyə istinadən məlumat yayıb.
"Baş nazir dövlət büdcəsinin yekun təsdiqindən sonra Prezidentə hökumət dəyişikliklərini təklif etmək niyyətindədir", - deyə nəşr bildirib.
Paris meri vəzifəsi uğrunda mübarizəyə diqqət yetirmək üçün hökumətdən ayrılmaq niyyətini açıqlayan mədəniyyət naziri Raşida Dati ilə yanaşı, regional seçkilərdə də iştirak edəcək idman, gənclər və icma işləri naziri Marina Ferrari və kənd işləri üzrə nazir-nümayəndə Mişel Furnye də kabinetdən çıxa bilər.
Buna baxmayaraq Fransada nazirlərin vəzifəyə namizəd olduqları təqdirdə istefa verməsini tələb edən heç bir qanun yoxdur.
Lekornun hansı digər nazirləri əvəz etmək niyyətində olduğu dəqiqləşdirilməyib.