Salyan sakini dəm qazından boğularaq ölüb.

Leqal.info xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info