AZ

​Sərdar Ortaç səhnədə yıxıldı

Türk pop musiqisinin sevilən ismi Sərdar Ortaç böyük bir şanssızlıqla üzləşib. Metbuat.az xəbər verir ki, bu gün pərəstişkarları ilə bir araya gələn müğənni çətin anlar yaşayıb. Tamaşaçıların qarşısında sevilən mahnılarını ifa edən Ortaçın səhhəti qəfildən pisləşib və səhnədə yıxılıb. O, köməkçilərinin dəstəyi ilə ayağa qalxıb. Bir neçə dəqiqəlik fasilədən sonra konsert davam edib.

Qeyd edək ki, Sərdar Ortaç dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.

Seçilən
115
50
metbuat.az

10Mənbələr