AZ

16-cı mərtəbədən “udar”la düşdü” – Bakıda qırılan liftdə olan sakinVİDEO

İçərisində 6 nəfərin olduğu lift qırılıb, xəsarət alan var.

Xezerxeber.az xəbər verir ki, bu iddianı Paytaxtın Nizmai rayonu Özbəkistan küçəsi 1 ünvanında yaşayan sakinlər irəli sürüblər. Onlar bildiriblər ki, hadisə ötən gün saat 11:00 radələrində baş verib.

Nərminə Yusifova adlı sakin də həmin liftin içərisində olduğunu və xəsarət aldığını deyir.

Sakinlər bildirirlər ki, "Yeni ev yeddi" MMC-yə məxsus olan binada dəfələrlə belə vəziyyət yaşanıb.

Güllü Hacıyeva isə bir müddət əvvəl yenə bu binada qıırılan liftdə xəsarət alan sakinlərdən biridir.

Məsələ ilə bağlı özünü "Yeni ev yeddi MMC"-nin direktoru kimi təqdim edən şəxs İlqar Hüseynov bildirdi ki, liftdə hər gün olmasa da, ayda bir-iki dəfə texniki xəta baş verir. Bu hadisəni də sırf texniki xəta adlandırdı.

FHN-dən isə "Xəzər Xəbər"ə bildirildi ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri hazırda araşdırma aparırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
40
xezerxeber.az

1Mənbələr