AZ

Premyer Liqa: "Kəpəz" "Qarabağ"ı məğlub etdi

Misli Premyer Liqasının XVII turunda "Kəpəz" son Azərbaycan çempionu "Qarabağ"ı məğlub edib.

Publika.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

24-cü dəqiqədə Ryonosuke Ohori hesabı açıb. Matçın 55-ci dəqiqəsində Ehtiram Şahverdiyev fərqi 2 topa çatdırıb.

Beləliklə xallarının sayını 12-yə çatdıran Gəncə klubu turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. "Qarabağ" isə 36 xalla ikincidir.

Seçilən
99
11
publika.az

9Mənbələr