Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsini nəzarət altına alıblar.
Publika.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Rusiya qoşunları son 24 saat ərzində Xarkov vilayətində Staritsa yaşayış məntəqəsini nəzarətə götürüblər.