Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Misli premyer-liqasının 17-ci turunda “Şamaxı” “Qəbələ”yə uduzdu - 4:0.“Football-plus.az” xəbər verir ki, oyunrası mətbuat konfransında Ayxan Abbasov media önünə çıxıb.- Üzücü oyun, məğlubiyyət oldu. Çətin olacağını bilirdik. Hər komanda turnir cədvəlində yerini qorumaq istəyir. Bu məğlubiyyət ayılmağımıza təsir edəcək. Çətin olacaq. - Komanda, xüsusən, Karim Rossi bu gün zəif göründü. Səbəbini bilirsiz? - Razı deyiləm. 4:0 olsa da, 2 qol son dəqiqələrdə əks-hücumdan oldu. Rossinin oyununa baxım gərək. Ondan daha zəif oyunçular var idi. 44-cü dəqiqəyə qədər üstünlük bizdə idi. - Sponsorsuz tək klub “Şamaxı”dı. Bu da baryeri aşmağa maneədi?- Çətindi. İtkilərdən danışmadım. Xeyli zədəlilərimiz var. Bəlli büdcə ilə oynayırıq. Gileylənmirik. İtirəcəyimiz heç nə yoxdu. Əsas odu ki, elitada yerimizi qoruyaq.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.