AZ

Gürcüstan Azərbaycana marqarin ixracından qazancını 3 dəfəartırıb

Ötən il Gürcüstan Azərbaycana 116 min ABŞ dolları dəyərində 67,3 ton marqarin ixrac edib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 dəfə və 3,2 dəfə çoxdur.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 327 min ABŞ dolları dəyərində 184 ton marqarin satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 63 % və 62 % azdır.

Azərbaycan Gürcüstanın analoji məhsullar tədarük etdiyi iki ölkədən biri olub. Belə ki, hesabat dövründə Gürcüstan Ermənistana 211 min ABŞ dolları dəyərində 117 ton məhsul satıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 887 min ABŞ dolları dəyərində 488 ton marqarin satıb ki, bunun da 37 min ABŞ dolları dəyərində 21 tonu Azərbaycanın payına düşüb.

Seçilən
135
9
redaktor.az

10Mənbələr