Modern.az saytına istinadən ain.az xəbər verir.
Türkiyənin dünya ixracındakı payını artıracağı gözlənilir və ixracın 2028-ci ilin sonuna qədər 308,5 milyard dollara çatacağı proqnozlaşdırılır.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklərə baxmayaraq, ixrac yönümlü siyasətlərin davam etdirilməsi, bazarın şaxələndirilməsi strategiyaları və rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlar effekt verir.
Türkiyənin 2026-2028-ci illəri əhatə edən Avropa Birliyinə qəbuldan əvvəlki iqtisadi islahat proqramına görə, qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklər, xüsusən də son bir ildə hiss olunmağa başlayan tarif gərginliyi və proteksionist meyllər 2026-cı ildə qlobal ticarəti boğan amillər kimi diqqət çəkir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.