Əbu-Dabidə keçirilən son görüşdə tərəflər arasında hər hansı kompromis əlamətinin əldə olunmadığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, Reuters agentliyi bu qənaətə bu gün Ukraynaya endirilən hava zərbələri fonunda gəldiyini yazır. Bu da danışıqların real nəticə vermədiyini göstərir.
Agentliyin məlumatına görə, Kiyev ABŞ tərəfindən sülh sazişinə nail olmaq üçün getdikcə artan təzyiq altındadır. Vaşinqtonun münaqişənin diplomatik yolla həllinə daha sürətli yaxınlaşmaq istədiyi vurğulanır.
Moskvanın əsas tələblərindən biri Ukraynanın döyüşlər dayandırılmadan əvvəl Donetsk vilayətinin tamamını Rusiyaya təhvil verməsidir. Bu şərt isə Kiyev üçün qəbuledilməz hesab olunur və danışıqlarda əsas maneələrdən biri kimi qalır.
Aliyə