AZ

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci günü qapalı keçiriləcək

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci günü hər üç tərəfin razılığı ilə yenidən bağlı qapılar arxasında, medianın iştirakı olmadan keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı TASS yayıb.

"Mətbuatın iştirakı yenə də nəzərdə tutulmayıb; qapalı format qüvvədədir və hər üç tərəf buna razıdır", - agentliyin mənbəyi bildirib.

Qeyd edək ki, tərəfləri Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukovun, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi heyətlər təmsil edirlər.

"Cebheinfo.az"

Seçilən
92
cebheinfo.az

1Mənbələr