AZ

"Atletiko" ciddi itki ilə üzləşdi

Bakı. Trend:

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki başverib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, La Liqa nəhənginin hücumçusu AntuanQrizmann sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumatyayıb.

Fransalı futbolçu komandanın məşqi zamanı sol ayaq əzələsindənzədələnib. 34 yaşlı forvardın yaşıl meydanlara qayıdış tariximüalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətindəmeydana çıxdığı 30 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə iləyadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kiminəzərdə tutulub.

Məqalədə:
Seçilən
68
6
az.trend.az

7Mənbələr