AZ

Tibbi Sığortanın tətbiqindən sonra həkimlərin qazancı nə qədər artıb?

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sistemində çalışan həkimlərin əməkhaqqısı ilə bağlı məsələ cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Xüsusilə həkimlərin aylıq gəlirlərinin artıb-artmadığı, ödəniş mexanizminin hansı prinsiplər əsasında formalaşdığı maraq doğurur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın tətbiqindən sonra TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqqısı “Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən müəyyən edilir və bu zaman onların xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəriciləri üzrə qiymətləndirilir.

Məlumata görə, həkimlərin əməkhaqqısı bir neçə əsas hissədən ibarətdir. Bunlara vəzifə, iş stajı və fəaliyyətin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən tarif maaşı daxildir. Tarif maaşı iş stajına görə 550 manatdan 870 manatadək dəyişir.

Seçilən
113
4
azpost.info

5Mənbələr