AZ

MMA döyüşçüsü saxlanılaraq Azərbaycandan Türkiyəyə göndərildi

"Daltonlar" kimi tanınan cinayət qruplaşmasına qarşı əməliyyatlar çərçivəsində onun tanınmış simalarından daha biri ələ keçib.

"Yeni Sabah". oxu.az-a istinadla xəbər verir ki, "Dalton İntizar" ləqəbi ilə tanınan MMA döyüşçüsü İntizar Babaniyazov Azərbaycanda saxlanıldıqdan sonra Türkiyəyə aparılıb.

Türkmənistan vətəndaşı olan Babaniyazovun müxtəlif xarici GSM nömrələri vasitəsilə vətəndaşlara zəng edərək pul tələb etdiyi, tələbi yerinə yetirilmədikdə isə iş yerlərinə silahlı hücumlar təşkil etdiyi iddia olunur.

İstanbula gətirilən Babaniyazovun polis bölməsindəki dindirilməsi zamanı onun 2 hədə-qorxu və 4 silahlı basqın olmaqla, ümumilikdə 6 ayrı cinayət əməlində iştirak etdiyi müəyyən edilib. Şübhəlinin adının Serdar Öktem qətlində də hallandığı iddia edilir.

Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
112
7
yenisabah.az

10Mənbələr