AZ

Əraqçı Zelenskiyə "təlxək" dedi

“Dünya tamamilə xaricdən gələn yardım və xarici muzdlulardan asılı olan “bəsit təlxəklər”dən bezib”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 22-də Davos Forumunda çıxışı zamanı İrana xarici müdaxiləyə çağırışına cavab olaraq səsləndirib.

 

“Dünya bəsit təlxəklərdən bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu olan sizin ordudan fərqli olaraq, biz öz-özümüzü müdafiə edə bilirik və xarici yardıma müraciət etməyi zəruri hesab etmirik”, - XİN rəhbəri X-də yazıb.

 

Əraqçinin sözlərinə görə, Zelenski ABŞ və Avropa vergi ödəyicilərinin pullarını korrupsiyalaşmış generallarının ciblərini doldurmaq üçün xərcləyir və BMT Nizamnaməsini pozaraq İrana qarşı qanunsuz aqressiyaya çağırış edir.

Seçilən
17
2
senzor.az

3Mənbələr