AZ

Zelenski BƏƏ dəki görüşdən danışdı

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Rusiya, ABŞ və Ukrayna BƏƏ-də münaqişəyə son qoymaq variantlarını müzakirə edirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında çıxışı zamanı bildirib.

Zelenskinin sözlərinə görə, o demək olar ki, hər saat Ukrayna nümayəndələrindən hesabatlar alır:

“Ukrayna, Amerika və Rusiya nümayəndə heyətləri bu gün orada idilər və artıq müzakirələr aparılıb. Bu, vacibdir, çünki belə üçtərəfli görüş uzun müddətdir keçirilmir. Onlar müharibəyə son qoymaq üçün parametrləri müzakirə edirlər”, - Ukrayna lideri qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
3
qafqazinfo.az

5Mənbələr