AZ

Qvardiola etiraf etdi

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 23-cü turunda "Arsenal"a qarşı keçirəcəkləri oyun haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis hazırda turnir cədvəlinə liderlik edən London təmsilçisinə təriflər yağdırıb və onların hazırda dünyanın ən yaxşısı olduğunu etiraf edib:

"Arsenal" hazırda dünyanın ən yaxşı komandasıdır. Premyer Liqaya, Çempionlar Liqasına, İngiltərə kubokuna, Liqa kubokuna baxın. 

Ümid edirəm ki, biz xal fərqini aradan qaldırmağa nail ola, getdikcə daha yaxşı oynaya bilərik. "Arsenal" onlara çatmağımız üçün bizə bir şans verəcək".

Qeyd edək ki, Premyer Liqada lider "Arsenal"ın 50 xalı var. "Mançester Siti" isə 43 xalla 2-cidir. 

Seçilən
150
3
teleqraf.com

4Mənbələr