Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhərinin 22-ci məhəlləsində yerləşən Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, eləcə də həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunub, bəzi müraciətlər üzrə müvafiq izahatlar verilib. Araşdırma tələb edən məsələlər isə məsul şəxslərin iştirakı ilə qeydiyyata alınaraq həlli istiqamətində tədbirlərin görülməsi qərara alınıb.
Qəbuldan məmnun qaldıqlarını bildirən sakinlər, məcburi köçkünlük dövründə problemlərinin həllinə göstərilən diqqət və dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını ifadə ediblər.