AZ

Parlament diplomatiyası ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır - Sahibə Qafarova

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya KrallığıDeputatlar Konqresinin sədri Fransina Armenqol ikitərəfli görüşdənsonra mətbuata bəyanatla çıxış ediblər.

Trend xəbər verir ki, bubarədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiməlumat yayıb.

Spiker Sahibə Qafarova, İspaniya Deputatlar Konqresi sədrininAzərbaycana rəsmi səfərinin mühüm əhəmiyyətini vurğulayaraq, busəfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri olduğunubildirib.

Ötən ilin may ayında İspaniyaya rəsmi səfərini xatırladan SahibəQafarova, həmin səfərin Milli Məclis sədrinin İspaniyaya ilk rəsmisəfəri olduğunu bildirib. Onun sözlərinə görə, bu, ölkələrimizarasında parlamentlərarası əlaqələrin inkişafına verilənəhəmiyyətin göstəricisidir. Son dövrlərdə ölkələrimiz arasındakıfəal siyasi dialoqun müşahidə olunduğunu söyləyən Milli Məclisinsədri, deyib ki, bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin vəgələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır.

Bugünkü ikitərəfli görüşdə parlamentlərimiz arasında əlaqələrinmüzakirə olunduğunu bildirən spiker Sahibə Qafarova deyib ki,tərəflər parlament üzvlərinin, ayrı-ayrı nümayəndə heyətlərininqarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın,qarşılıqlı dəstəyin böyük əhəmiyyətə malik olduğunu vurğulayanMilli Məclisin sədri həmçinin deyib ki, parlamentlərimiz arasındakıəlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur.Fransina Armenqolun səfəri də bu imkanlardan istifadə etməkniyyətimizi təsdiq edir.

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqolda mətbuata bəyanatında görüşdə konstruktiv, yaxın və faydalımüzakirələr aparıldığını qeyd edərək, İspaniya DeputatlarKonqresinin sədri kimi Azərbaycanda olmaqdan böyük şərəf duyduğunusöyləyib. O, bu səfərin iki ölkə arasında əlaqələri möhkəmləndirməkniyyətinə xidmət etdiyini qeyd edib. Konqresin sədri deyib ki,ölkəsi iki ölkə arasında paylaşdığımız dəyərləri, yüksək səviyyədədialoq imkanını daha da möhkəmləndirmək istəyir. Parlamentdiplomatiyası ölkələr arasında anlaşmanın, etimadın artırılması vəregional sabitliyə töhfə vermək üçün vacib bir alətdir.

2025-ci il avqustun 8-də Vaşinqton görüşündə imzalanmışrazılaşmadan sonra Azərbaycan və Ermənistan arasında başlayanmünasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişləriİspaniyanın yüksək qiymətləndirdiyini söyləyən Fransina Armenqolümidvar olduğunu bildirib ki, müvafiq şərait yaradıldığı təqdirdəbu proses Qarabağ regionunda onilliklər boyu davam edən münaqişəyəson qoyan sülh sazişi ilə nəticələnəcək, həmçinin yeni bir tərəqqivə əməkdaşlıq dövrünü açacaq.

O həmçinin, qeyd edib ki, İspaniya və Azərbaycan arasındaikitərəfli əlaqələri dərinləşdirmək üzrə ortaq iradə aşkar şəkildəifadə olunur. Görüşdə mövcud razılaşmaların, məsələn, turizm vətəhsil sahəsində anlaşma memorandumu kimi sənədlərin çərçivəsinigenişləndirməyin vacibliyi barədə də fikirlər ifadə olunub.Deputatlar Konqresinin sədri bildirib ki, hər iki ölkə parlamentlərarasında əlaqələrin möhkəmlənməsində birgə çalışır. Eyni zamanda,ölkələrimiz yaşıl enerjinin inkişafında işləməyə razılıqgöstərir.

“Bu mənim Azərbaycana birinci səfərimdir. Biz əməkdaşlığımızıdaha da gücləndirməliyik. Parlamentlər arasında əlaqələrinmöhkəmləndirilməsi üçün hər iki tərəfin deputatları böyük işgörürlər”, - deyə İspaniya Deputatlar Konqresinin sədrivurğulayıb.

Məqalədə:
Seçilən
83
3
az.trend.az

5Mənbələr