AZ

Lerikdə bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi hələ də bərpa olunmayıb

LERİK, 23 yanvar. TELEQRAF

Lerik rayonunun bəzi kəndlərinin rayon mərkəzi ilə əlaqəsi hələ də bərpa edilməyib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, bir neçə gün öncə yağan intensiv qar nəticəsində rayonun ucqar dağ kəndləri olan Çayrud, Veri, Andırma və Rıvarud kəndlərinin rayon mərkəzi ilə əlaqəsi hələ ki, təmin olunmayıb.

Yerli sakinlərin sözlərinə görə, kəndlərdə qarın hündürlüyü bəzi ərazilərdə 1,5 metrə çatdığından onlar rayon mərkəzinə gedə bilmir. Yolların bağlı qalması səbəbindən gediş-gəliş tam dayanıb.

Hazırda yolların açılması istiqamətində işlər aparılsa da, kəndlərin rayon mərkəzi ilə əlaqəsi hələ ki, bərpa olunmayıb.

Seçilən
175
teleqraf.com

1Mənbələr