AZ

"Azərbaycana böyük diqqət, böyük etimad var" -Deputat

"Davos Ümumdünya İqtisadi Forumu, Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, xüsusilə də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə keçirilən görüşlər, qəbul edilən qərarlar, Azərbaycanın Sülh Şurasına üzv olması prezidentin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların göstəricisidir".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın Qəzza üçün yaradılan Sülh Şurasına üzv olmasından danışarkən bildirdi.

"Bu gün Azərbaycan bir çox sahələrdə böyük uğurlara imza atır və bu səfərlər, görüşlər də Azərbaycanın əldə etdiyi mühüm uğurların, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin göstəricisidir.

Heç də bütün dövlətlər bu şuraya üzv olmaq üçün dəvət olunmayıblar. Azərbaycanın bura dəvət olunması, göstərilən diqqət Azərbaycana olan etimadın və əldə etdiyi uğurların göstəricisidir. Azərbaycan bir çox sahələrdə uğurlara, müvəffəqiyyətlərə, qələbələrə imza atır və bu da bizim ölkəmizin əldə etdiyi uğurun, müvəffəqiyyətin daha bir göstəricisidir. Azərbaycana böyük diqqət, böyük etimad var və bütün bunları da Azərbaycan qazanıb. Azərbaycan bu uğurlarını müvəffəqiyyətlə, böyük uzaqgörənliklə cənab prezidentin rəhbərliyi ilə davam etdirir və bu da bizə yeni imkanlar və fürsətlər yaradır", - deyə millət vəkili qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
33
redaktor.az

1Mənbələr