AZ

Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib

Bakı. Trend:

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat MaliyyəQrupunun tərkibinə daxil olan Ziraat Bank Azərbaycan ASC-ninMüşahidə Şurasına yeni üzv təyin edilib.

Dövri yerdəyişmə planına əsasən “Ziraat Bank Azərbaycan” ASC-ninMüşahidə Şurasının üzvü Korcan Şahin öz vəzifəsini Kadir KenanSevere təhvil verib. Kadir Kenan Sever T.C. Ziraat BankasındaDaxili Nəzarət və Risklərin İdarəedilməsi Departamentində və BankınAudit Departamentində çalışıb və müfəttiş vəzifəsinədəkyüksəlib.

Daha sonraki illərdə Pərakəndə Kreditlərinin Ayrılması və İdarəOlunması Departamentində müdir və Ziraat Bank Türkiyə filiallarındafilial müdiri kimi çalışıb. 2025-ci ildə Pərakəndə KreditlərinAyrılması və İdarə Olunması - 1 departamentinin rəhbəri olaraqfəaliyyətini davam etdirib.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Seçilən
146
8
az.trend.az

10Mənbələr