"Ukrayna bu məqsədlə Macarıstan müxalifətinin seçkilərdə qələbə çalmasını istəyir. Ona görə də daxili işlərimizə qarışmağa çalışır. Bu, tamamilə yolveriməzdir, əlbəttə, mübarizə aparacağıq".
Məlumat üçün bildirək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də baş tutacaq.
![]() |
| Orban:"Brüssel sülh istəmir" |
Viktor Orban Rusiya-Ukrayna müharibəsinin həlli üzrə mövqeyinə görə Avropa İttifaqını dəfələrlə tənqid atəşinə tutub. Rəsmi Budapeşt belə bir vəziyyətdə münaqişənin daha da uzanacağı iddiasını irəli sürərək, Kiyevə hər hansı maliyyə dəstəyi ayırmır.
Firudin Həmidli
AzVision.az
