AZ

“Dil dərsləri real ünsiyyət yaratmır” – Sona Əliyeva

"Müasir dünyada xarici dil bilikləri artıq təkcə akademik üstünlük deyil, sosial və peşəkar inteqrasiyanın əsas şərtinə çevrilib. Qlobal əmək bazarında rəqabət aparmaq, beynəlxalq mühitə uyğunlaşmaq və peşəkar inkişaf imkanlarını genişləndirmək üçün dil biliyi zəruri bacarıqlardan biridir. Təhsil sistemimizin bu sahədə verdiyi praktiki nəticələr isə göz önündədir. Əgər real problemlər olmasaydı, bu mövzu bu qədər geniş müzakirəyə çıxarılmazdı. Məsələ şagirdlərin öyrənmək istəməməsi və ya öyrənə bilməməsi ilə bağlı deyil. Əsas problem tədris modelinin, eləcə də qiymətləndirmə və ölçmə meyarlarının düzgün qurulmamasıdır. Hazırda bir çox məktəbdə xarici dil dərsləri əsasən qrammatika izahı, yazılı tapşırıqlar və test sistemi üzərində qurulub".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.

Qeyd edək ki, xarici dil bilikləri müasir dünyada təkcə akademik üstünlük deyil, eyni zamanda sosial, peşəkar və mədəni inteqrasiyanın əsas şərtlərindən biri kimi qiymətləndirilir. Buna baxmayaraq, bir çox hallarda məktəbi bitirən məzunların illərlə xarici dil təhsili almasına rəğmən, dili real ünsiyyət səviyyəsində istifadə etməkdə və effektiv kommunikasiya qurmaqda çətinlik çəkməsi müşahidə olunur. Belə ki, ənənəvi dil tədrisi modellərində əsas diqqət qrammatika qaydalarının izahına və yazılı tapşırıqların icrasına yönəldilir. Halbuki dilin əsas funksiyası ünsiyyət qurmaqdır. Danışıq və dinləmə bacarıqları isə əksər hallarda ikinci plana keçirilir.

Ekspert bildirib ki, bu model şagirdə yalnız qrammatik qaydaları öyrədir, lakin dili real ünsiyyət vasitəsi kimi formalaşdırmaqda effektiv deyil.

Seçilən
53
aznews.az

1Mənbələr