AZ

"S&P" 2026-2027-ci illərdə Azərbaycanda real ÜDM artımına təsir edəcək amilləri açıqladı

Bakı. Trend:

“S&P Global Ratings” agentliyi Azərbaycanın 2026–2027-ciillərdə real ümumi daxili məhsulun (ÜDM) artım dinamikasınımüəyyənləşdirəcək əsas amilləri açıqlayıb.

Trend b barədəagentliyə istinadən xəbər verir.

"S&P"nin dərc etdiyi hesabatda qeyd olunur ki, Azərbaycanıniqtisadi artım tempinin nisbətən aşağı olması karbohidrogensektorundan əldə olunan gəlirlərin azalması ilə bağlıdır:

“Neft hasilatının azalması və qaz hasilatı həcmlərinindurğunluğu qeyri-neft sektorunda müşahidə olunan mülayimgenişlənməni üstələyir”.

Agentlik vurğulayır ki, karbohidrogen gəlirlərinin dinamikasıorta müddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinəəsas təsir göstərməkdə davam edəcək.

Ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə “S&P”2026-cı ildə ÜDM-in dayanıqlı artımının qorunacağını gözləyir,lakin 2024–2025-ci illərlə müqayisədə artım tempinin tədricənzəifləyəcəyini, xüsusilə Qırğızıstan və Gürcüstanda dahanəzərəçarpan olacağını qeyd edir.

Hesabatda bildirilir ki, Özbəkistanın iqtisadi artımı əsasəninvestisiyalar və ev təsərrüfatlarının istehlak tələbi hesabınadəstəklənir. Agentliyin qiymətləndirməsinə görə, Qırğızıstandaartım tempinin yavaşıması 2022-ci ildə Rusiya–Ukraynamünaqişəsindən sonra kəskin artmış Rusiya ilə ticarətingenişlənməsinin zəifləməsini, eləcə də daxili tələbin və tikintifəaliyyətinin azalmasını əks etdirir.

“S&P” gözləyir ki, 2022–2023-cü illərdə müşahidə olunananomal ticarət artımı, pul köçürmələri və kapital axınınınnormallaşması fonunda Ermənistan və Gürcüstan iqtisadiyyatlarındaartım templəri tədricən sabit səviyyəyə qayıdacaq. Agentlik qeydedir ki, Qazaxıstan iqtisadiyyatı neft hasilatının artımı hesabınaböyüməyə davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manat həcmindəümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki illəmüqayisədə 1,4 faiz çoxdur.

Neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qazsektorunda isə 2,7 faiz artıb. ÜDM-in istehsal strukturundasənayenin payı 33 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 6,5faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faiz,turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiyavə rabitə 2,1 faiz, digər sahələr 21,7 faiz təşkil edib. Məhsullaravə idxala görə xalis vergilər ÜDM-in 9,6 faizinə bərabər olub.Adambaşına düşən ÜDM isə 12 602,2 manat təşkil edib.

Məqalədə:
Seçilən
185
1
az.trend.az

2Mənbələr