AZ

"S&P" 2026-cı ildə Azərbaycanda kreditləşmə səviyyəsinin artımı ilə bağlı proqnozlarını verdi

Bakı. Trend:

“S&P Global Ratings” reytinq agentliyi 2026-cı ildəAzərbaycanda kreditləşmənin 2025-ci ilin göstəricilərinə uyğunolaraq təxminən 12% səviyyəsində artacağını proqnozlaşdırır.

Trend bu barədənagentliyə istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, bu proqnoz neft qiymətlərinin aşağıdüşəcəyi gözləntilərini əks etdirir:

“2021–2024-cü illər ərzində illik orta kredit artımı 18% təşkiledib”.

“Tarixən Azərbaycanda kredit artımı neft qiymətlərinindinamikası ilə sıx şəkildə qarşılıqlı əlaqəli olub”, – reytinqagentliyinin son hesabatında bildirilir.

“S&P” analitiklərinin gözləntilərinə görə, mövcud inflyasiyanəzərə alındıqda 2026-cı ildə mənzil qiymətlərinin artımının 5–6%-aqədər yavaşlayacağı ehtimal olunur.

“Azərbaycanda özəl sektorun borc yükü tərəfdaş ölkələr arasındaən aşağı səviyyədə qalır: əhali borcunun ÜDM-ə nisbəti 15%,korporativ borcun nisbəti isə 11%-dir. 2024–2026-cı illər üçünMaliyyə sektorunun inkişaf strategiyasının həyata keçirilməsitənzimləmə və nəzarətin gücləndirilməsinə yönəldilib”,- deyəhesabatda qeyd olunur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 dekabr 2025-ci ilvəziyyətinə bankların kredit portfeli 29,68 milyard manat (17,46milyard ABŞ dolları) təşkil edib. Bununla yanaşı, biznes kreditləriportfelin 53,2%-ni (15,8 milyard manat və ya 9,2 milyard dollar),istehlak kreditləri 31,4%-ni (9,3 milyard manat və ya 5,4 milyarddollar), ipoteka kreditləri isə 15,4%-ni (4,5 milyard manat və ya2,6 milyard dollar) təşkil edib.

Məqalədə:
Seçilən
199
1
az.trend.az

2Mənbələr