AZ

Baş nazir: Gürcüstanda parlament seçkiləri 2028-ci il oktyabrın 28-də keçiriləcək

Gürcüstanda erkən parlament seçkiləri məsələsi yenidən gündəmə gəlib. Bu gün ölkədə erkən seçkilərdən ehtiyat edən tərəf məhz müxalifətdir və tələbin gündəmdən çıxarılmasının əsas səbəbi də budur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazir İrakli Kobaxidze “Imedi LIVE” verilişində səsləndirib.

Bildirib ki, Gürcüstanda siyasi proseslər Konstitusiyada nəzərdə tutulan müddətlərə uyğun şəkildə inkişaf etməlidir.

İrakli Kobaxidze vurğulayıb ki, hökumət konstitusion prinsiplərə sadiq qalmaq niyyətindədir və parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, hakimiyyətin mövqeyi birmənalıdır.

“Biz konstitusiya ilə müəyyən edilmiş müddətlərə riayət etməyi planlaşdırırıq. Gürcüstandakı siyasi proseslər məhz bu çərçivədə getməlidir. Parlament seçkiləri mütləq 28 oktyabr 2028-ci ildə keçirilməlidir” - deyə, Kobaxidze vurğulayıb.

Seçilən
91
3
yeniazerbaycan.com

4Mənbələr