Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Donbas məsələsi bu gün və sabah Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya komandaları arasında keçiriləcək danışıqlarda müzakirə olunacaq.
"Unikal" xəbər verir ki, dövlət başçısı bunu jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Donbas məsələsi əsas məsələdir. Bu, üç tərəfin fikrincə, bu gün və sabah Əbu-Dabidə müzakirə olunacaq”, - deyə Zelenski bildirib.