AZ

Azərbaycanda bu provayder cərimələndi

Bakı.Trend:

Ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə(telekommunikasiya və poçt) sahəsində tənzimləyici qurum olanİnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (Agentlik)internet telekommunikasiya xidməti göstərən operator vəprovayderlərin qanunvericiliyə uyğun uçota alınması istiqamətindənəzarət tədbirlərini davam etdirir.

Trend xəbərverir ki, bu barədə İKTA məlumat yayıb.

Agentlikdən bildirilib ki, qanunvericiliyin tələbinə əsasəninternet telekommunikasiya xidməti göstərən operator vəprovayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 günmüddətində uçota durmalıdır.

“Classnet” Məhdud Məsuliyyətli Cəmiyyətinin uçota alınma üçüntəqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinəyetirmədiyi müəyyən olunub. Bununla bağlı AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-cimaddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtibedilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinəgöndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manatməbləğində inzibati cərimə tətbiq olunub.

Qeyd olunub ki, agentlik internet telekommunikasiya xidmətigöstərən operator və provayderləri uçota durma qaydalarına riayətetməyə çağırır və bu istiqamətdə operator və provayderlər üçünmütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirməkləmetodoloji və texniki dəstək göstərir:

"Telekommunikasiya operatorları və provayderləri üçün sözügedənsahə üzrə çətinlik yarandığı halda, Agentlik səlahiyyətləriçərçivəsində kömək etməyə daim hazırdır".

Seçilən
126
21
az.trend.az

10Mənbələr