AZ

Tramp “Sülh Şurası”nın sədri olacaq - ÖMÜRLÜK

ABŞ Prezidenti Donald Tramp ikinci müddətindən sonra bəlkə də ömürlük  “Sülh Şurası”nın sədri vəzifəsində qalmağa qarşı olmayacağını bildirib. 

Tramp deyib ki, bu məsələdə son qərar onun olacaq.

“Cebheinfo.az” xəbər verir ki, Tramp "İstəsəm, bunu etmək hüququm var. Nəticədə, özüm qərar verəcəyəm", - deyə əlavə.

Tramp, həmçinin başqalarının onu vəzifədə qalmağa çağırdığını qeyd edib: 

"Amma bunu istədiyimdən əmin deyiləm".

“Sülh Şurası”nın nizamnaməsinə görə, sədr yalnız könüllü istefa və ya əmək qabiliyyətini itirdiyi təqdirdə dəyişdirilə bilər. Sənəddə Tramp xüsusi olaraq birinci sədr kimi göstərilir.

Trampdan, həmçinin Prezident Vladimir Putinin “Sülh Şurası”na üzvlüyünü maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmə ehtimalı barədə də suala cavab verib. 

"O, “Sülh Şurası”na gəlib bir milyard dollar ianə edəcək və pulundan istifadə edəcək. Yəni demək istəyirəm k, pulundan istifadə etməsi əladır", - deyə Tramp bildirib.

Seçilən
30
cebheinfo.az

1Mənbələr