AZ

BMT Azərbaycanı əlçatan və təmiz enerji üzrə dəstəkləməyə hazırdır - İqor Qarafuliç

Bakı. Trend:

BMT Azərbaycan hökumətini NDC 3.0 üzrə iddialı hədəflərin həyatakeçirilməsində və Dayanıqlı İnkişaf Məqsədi №7-yə (Əlçatan və təmizenerji) doğru irəliləyişdə dəstəkləməyə hazırdır.

Trend xəbərverir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezidentəlaqələndiricisi İqor Qarafuliç ADA Universitetində BeynəlxalqTəmiz Enerji Gününə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, bu gün həm də Azərbaycanın "təmiz enerji"yə keçidsahəsində liderliyini və sadiqliyini etiraf etmək üçün uyğunzamandır:

"COP30-da elan edilən Azərbaycanın milli səviyyədə müəyyənedilmiş töhfəsini (NDC 3.0) alqışlayırıq. Əvvəllər 2050-ci ilənəzərdə tutulan emissiyaların azaldılması hədəfinin 15 il irəliçəkilməsi ilə Azərbaycan artıq 2035-ci ilə qədər emissiyaları 40%azaltmağı öhdəsinə götürür. Bu, iqlim tədbirlərininsürətləndirilməsi istiqamətində güclü milli iradənin açıqgöstəricisidir”.

Müvəqqəti rezident əlaqələndirici vurğulayıb ki, yeni NDC 3.0bərpa olunan enerji, nəqliyyat və enerji səmərəliliyinin inkişafıvasitəsilə dekarbonizasiya yollarını müəyyən edir. “Yaşıliqtisadiyyat"a ədalətli keçid iqtisadi şaxələndirməni təmin edəcəkvə ölkənin rəqabət qabiliyyətini gücləndirəcək.

“Azərbaycan, həmçinin Dayanıqlı İnkişaf Məqsədi №7 – "Əlçatan vətəmiz enerji" istiqamətində də nəzərəçarpacaq irəliləyiş əldə edir.2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə ƏməkdaşlıqSənədimiz çərçivəsində BMT bu iddialı məqsədlərin həyatakeçirilməsində hökuməti dəstəkləməyə hazırdır”, – deyə İ. Qarafuliçəlavə edib.

Məqalədə:
Seçilən
21
1
az.trend.az

2Mənbələr