
Dünya ordusu tamamilə xaricdən gələn yardımdan və xarici muzdlulardan asılı olan “bəsit klounlardan” bezib.
Xalqcebhesi.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Vladimir Zelenskinin Davosda, yanvarın 22-də etdiyi çıxışında İslam Respublikasının daxili işlərinə xarici müdaxilə çağırışına cavab olaraq bildirib.
“Dünya bəsit klounlardan bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu olan ordunuzdan fərqli olaraq, biz – iranlılar – özümüzü özümüz müdafiə edə bilirik və xarici yardıma ehtiyac duymuruq”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Məryəm Quliyeva