Avropa Komissiyası yaxın zamanda Qrenlandiyanın inkişafına yönəlmiş genişmiqyaslı investisiya planı təqdim etmək niyyətindədir.
AzPost bildirir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen son sammitdən sonra bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının növbəti çoxillik büdcəsi Qrenlandiyaya maliyyə dəstəyinin ikiqat artırılmasını nəzərdə tutur. Bu qərar Aİ-nin regionun sosial-iqtisadi inkişafında daha fəal iştirak etmək istəyini əks etdirir.
Avropa Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, Brüssel hazırda Qrenlandiya ilə münasibətləri gücləndirmək üzərində işləyir. Bu strategiyanın bir hissəsi olaraq, Avropa Komissiyası qısa müddətdə təqdim olunacaq əhəmiyyətli investisiya paketi hazırlayır.