AZ

Putin Trampın üç elçisi ilə görüşüb: Kreml sərt bəyanat verib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı axşamı ABŞ prezidenti Donald Trampın üç elçisi ilə Ukraynadakı müharibənin mümkün sonlandırılmasını müzakirə etmək üçün görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Amerika nümayəndə heyətinə Trampın xüsusi elçisi Stiv Vitkoff, müşaviri Cared Kuşner və bu yaxınlarda ABŞ Sülh Şurasına baş məsləhətçi təyin olunmuş Coş Qruenbaum daxil idi. Rusiya tərəfindən Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev də iştirak ediblər.

Kreml görüşün təxminən dörd saat davam etdiyini və Moskva vaxtı ilə gecə yarısından bir az əvvəl baş tutduğunu qeyd edib. Danışıqlar "maddi, konstruktiv və məxfi" kimi təsvir edilib.

Uşakovun sözlərinə görə, söhbət zamanı Putin ərazi məsələsi həll olunmadan müharibənin uzunmüddətli həllindən danışa bilməyəcəyini açıq şəkildə bildirib. "Ərazi məsələsi Ankoricdə razılaşdırılmış formulaya uyğun olaraq həll olunmadan uzunmüddətli həllə nail olmaq üçün heç bir ümid yoxdur", - deyə Uşakov danışıqlardan sonra bildirib.

Daha əvvəl Stiv Vitkov danışıqların əsasən "bir problemə" çevrildiyini bildirmişdi və onun sözlərinə görə, bu problem potensial olaraq həll edilə bilər. Daha sonra bir Avropa rəsmisi məsələnin məhz ərazi məsələsi olduğunu təsdiqləyib.

Eyni zamanda, Uşakov Rusiyanın müharibənin "siyasi və diplomatik" həllində maraqlı olduğunu, lakin razılaşma əldə olunana qədər Moskvanın cəbhədə Rusiya ordusunun "strateji təşəbbüsünü" elan edərək hərbi əməliyyatları davam etdirəcəyini vurğulayıb.

Rusiya Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərində üçtərəfli görüşünün keçiriləcəyini təsdiqlənib. Danışıqların Əbu-Dabidə keçirilməsi planlaşdırılır və Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi admiral İqor Kostyukov rəhbərlik edəcək.

Uşakovun sözlərinə görə, Rusiya danışıqlar qrupu artıq Amerika tərəfi ilə görüşün nəticələrini nəzərə alaraq Putindən konkret təlimatlar alıb. ABŞ və Rusiya nümayəndələri arasında ayrıca ikitərəfli danışıqların da keçiriləcəyi elan edilib.

22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunun çərçivəsində ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Amerika lideri onların söhbəti ilə bağlı şərh verib. "Zelenski razılığa gəlmək istədiyini bildirib. Bütün parametrlər məlumdur. Yeni bir şey müzakirə etmirik - bu məsələlər altı-yeddi aydır müzakirə olunur. O, gəlib razılığa gəlmək istədiyini bildirib", - deyə Tramp jurnalistlərə deyib.

Mediada yer alan xəbərlərə görə, Zelenski Trampla söhbəti zamanı müharibədən sonrakı yenidənqurma və Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gələ bilməyib. Mətbuat yazır ki, bir saatlıq görüşdən sonra Davosdan ayrılan Trampla danışıqlar Zelenski üçün geriləmə olub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
50
icma.az

10Mənbələr