Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundan qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verib.
Adalet.az xəbər verir ki, Amerika lideri açıqlamasında İran barəsində söhbət açıb.
"İranı nəzarətdə saxlayırıq", - deyən Ağ Ev rəhbəri bildirib ki, ABŞ-nin "Bu tərəfdə çoxlu gəmisi var. İrana doğru hərəkət edirlər".
Tramp onları "armada" və "nəhəng donanma" kimi təsvir edib, lakin əlavə edib ki, "onlardan istifadə etmək məcburiyyətində qalmayacağıq".