AZ

Trampın təklifi ilə NATO sınaqdan keçirilə bilər

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trump NATO üzrə müttəfiqlərin sınaqdan keçirilməsinin mümkünlüyünü irəli sürərək, alyansı Meksika ilə sərhədin qeyri-qanuni miqrantlardan qorunmasına cəlb etməyi təklif edib.

Hafta.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb. Onun sözlərinə görə, NATO-nun 5-ci maddəsinin tətbiqi alyansın ABŞ-ın cənub sərhədinin “qeyri-qanuni miqrantların müdaxiləsindən” qorunmasına cəlb olunmasına və bununla da çoxlu sayda sərhəd mühafizəçisinin digər vəzifələr üçün azad edilməsinə imkan verə bilər.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi NATO-ya üzv bir və ya bir neçə ölkəyə silahlı hücum halında kollektiv cavab tədbirlərini nəzərdə tutur.

Seçilən
108
6
hafta.az

7Mənbələr