AZ

“New Shepard” suborbital uçuşla altı turisti kosmosa daşıdı

Bakı. Trend:

Amerikanın çox istifadəli “New Shepard” gəmisi altı turistdənibarət kommersiya ekipajı ilə suborbital uçuş həyata keçirib.

Trend xəbər verirki, bu barədə istehsalçı şirkət “Blue Origin” məlumat yayıb.

Uçuş Texasın qərbində, Van-Horn şəhərinin yaxınlığında yerləşən“Corn Ranch” start meydançasından Amerika vaxtı ilə saat 11:27-də(Bakı vaxtı ilə 20:27-də) baş tutub və təxminən 10–11 dəqiqə davamedib.

“NS-38” ekipajına sahibkar Tim Dreksler, mama-ginekoloq LindaEdvards, beynəlxalq daşınmaz əmlak developeri və investoru AlenFernandes, sahibkar, texnoloq və səyahətçi Alberto Qutyerres, ABŞHərbi Hava Qüvvələrinin istefada olan polkovniki və keçmiş “F-15”qırıcı pilotu Cim Hendren, həmçinin “Blue Origin” şirkətinin “NewShepard” kosmik gəmilərinin buraxılış direktoru Laura Staylz daxilolub.

Komersiya turistik uçuşları üçün nəzərdə tutulmuş “New Shepard”raketi 18 metrlik birpilləli daşıyıcıdan və altı nəfərlik enişkapsulundan ibarətdir. O, fövqəladə xilasetmə sistemi vəparaşütlərlə təchiz edilib. Kosmik turistlər üçün uçuşun qiyməti500 min dollar təşkil edir.

Qeyd olunur ki, 2021-ci ildən bəri “New Shepard” proqramıçərçivəsində 16 uğurlu suborbital missiya həyata keçirilib və Yeratmosferi ilə kosmosun sərhədində 92 turist olub (onlardan 6 nəfəriki dəfə uçuş edib).

Seçilən
148
1
az.trend.az

2Mənbələr