Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər lisenziya almış özəl tibb müəssisələrində həyata keçiriləcək.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Onkoloji yardım haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, qanunvericiliyə edilən dəyişiklik ödənişləri əhatə etmir. Onun sözlərinə görə, onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Lakin özəl tibb müəssisələrinə müraciət edən vətəndaşlar müayinə və müalicə üçün ödəniş edəcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.