AZ

Tramp: Qızıl Qübbə nin bir qismi Qrenlandiyada olacaq

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qızıl Qübbə” raketdən müdafiə sisteminin bir hissəsi Qrenlandiyada olacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda “Fox News”a açıqlamasında deyib.

“Bütün raketlər Qrenlandiyanın üzərindən gələcək. Pis adamlar atəş açmağa başlasalar, Qrenlandiyanın üzərindən gələcək. Biz bu raketləri endirməliyik”, - Tramp bildirib.

O əlavə edib ki, ABŞ Qrenlandiyaya tam çıxış əldə etmək üçün danışıqlar aparır.

Qeyd edək ki, “Qızıl Qübbə” ABŞ-ın planlaşdırdığı çoxtəbəqəli raketdən müdafiə sistemidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
195
4
apa.az

4Mənbələr