Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərir.
Publika.az xəbər verir ki, Davosda iki ölkə prezidentinin görüşü zamanı İlham Əliyev Sülh Şurasının qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmini qeyd edib.
Azərbaycan Prezidenti regionda artıq sülhün mövcud olduğunu diqqətə çatdırıb.