AZ

Azərbaycanda bu şəxslərlə saathesabı müqavilə bağlanacaq

Saathesabı əmək haqqıya keçid layihəsi hazırda hökumətə təqdim edilib və müzakirə çərçivəsindədir.
ONN media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə mərhələli işlər nəzərdə tutulub:
“Bir çox ölkələrdə həm aylıq minimum əmək haqqı, həm saathesabı maaş sistemi tətbiq mexanizmi mövcuddur. Azərbaycanda ilkin mərhələdə natamam və 1 ayadək əmək müqaviləsi bağlanan şəxslərin saathesabı əmək müqaviləsinə keçidi planlaşdırılır”.

Seçilən
67
3
onn.az

10Mənbələr